Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin ermənilərin Dağlıq Qarabağdan çıxarılmasından sonra yaranmış vəziyyəti telefonla müzakirə ediblər. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər Dağlıq Qarabağ ermənilərinin guya məcburi köçürülməsindən sonra yaranmış vəziyyəti, ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər”, – məlumatda deyilir.
“Paşinyan Rusiya prezidentini ad günü münasibətilə təbrik edib”, – mesajda deyilir. Oktyabrın 7-də Vladimir Putin ad gününü qeyd edir. Dövlət başçısının 71 yaşı tamam olur. (Tass)