Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin telefonla ikitərəfli məsələləri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) gündəliyini müzakirə ediblər. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətçilər Ermənistan Respublikasının Avrasiya İqtisadi İttifaqında sədrliyinin yekunlarını, Aİİ çərçivəsində qarşıda duran hadisələri, eləcə də Ermənistan-Rusiya münasibətlərinin ikitərəfli gündəliyinə dair bir sıra məsələləri müzakirə ediblər”, – deyə məlumatda qeyd olunur. (Tass)