Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, “xarici qüvvələr” Azərbaycanı 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda etnik təmizləmə aparmağa sövq edib. Hökumət başçısı mətbuat konfransında bildirib ki, bunun məqsədi tanınmamış respublikadan ermənilərin kütləvi şəkildə çıxarılmasına təhrik etmək olub ki, onlar Ermənistanda hakimiyyəti dəyişsinlər.
“İndi doğru şeyi etdiyimə, nə dediyimə əmin deyiləm, lakin əsas qüvvəni yəni Azərbaycanı etnik təmizləmə aparmağa sövq edən xarici qüvvələr var idi ki, Dağlıq Qarabağ erməniləri ordan gedəcəkdi. Səbəb nə idi?Ermənistanda hökumət əleyhdarı qüvvələr hakimiyyət dəyişikliyinə başlandığını elan edib, resurslarının yetərli olmadığını görüb, Qarabağın hesabına Ermənistana resurslar gətirirdilər ki, inqilab baş versin. Bu ambisiyalar davam edir, hələ bitməyib”, – Paşinyan iddia edib. (Tass)