Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da imzalanan sənədlərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğuna əmindir.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu, əziz insanlar”, – deyə o, xalqa müraciətində qeyd edib və əlavə edib ki, “bu, qisas və düşmənçiliyin rədd edilməli olduğu tamamilə yeni reallıqdır”.
“ABŞ-da imzalanmış sənədlər dönüş nöqtəsidir. Bundan sonra biz tamamilə başqa Cənubi Qafqazda yaşayırıq”, – o qeyd edib. (Tass)