Yerevan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrin qüvvələrini yerləşdirməməyə razıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib.
“Biz üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə yerləşdirilməməsi ilə bağlı müddəanın genişləndirilməsini təklif edirik və bu, məntiqlidir, çünki delimitasiya nəticəsində bu hissələrdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalıb, minimuma qədər” deyə o bildirib: “Beləliklə, sərhədin tam delimitasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin heç bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq və Ermənistan Respublikası belə məntiq təklif edir”. (Tass)