Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da imzalanan sənədlərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğuna əmindir.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu, əziz insanlar”, – deyə o, xalqa müraciətində qeyd edib və əlavə edib ki, “bu, qisas və düşmənçiliyin rədd edilməli olduğu tamamilə yeni reallıqdır”.
Ermənistan hökumətinin başçısının sözlərinə görə, sənədlərin ABŞ-da imzalanması ölkə üçün dönüş nöqtəsidir. “ABŞ-da imzalanan sənədlər dönüş nöqtəsidir. Bundan sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq”, – deyə o, bunu İrəvan, Bakı və Vaşinqton üçün şans kimi qiymətləndirib. Ermənistan hökumətinin başçısı onu da bir daha vurğulayıb ki, o, Azərbaycan prezidenti ilə ABŞ prezidenti Donald Trampa Sülh Mükafatının verilməsi üçün Nobel Komitəsinə müraciət etmək qərarına gəlib. (Tass)