Alov kilsəsi ocağının gənc pasteri Musa Məmmədov deyib ki, Xristianlıq dinində Qurani-Kərimdən başqa bütün ilahi kitablar təsdiq edilir.
Ritorika.az xəbər verir ki, Bakı şəhəri Azadlıq prospekti 56C ünvanında bazar günü Alov kilsəsi ocağının növbəti ibadəti keçirilib.
Yığıncağı İdris Məmmədov aparıb. O bildirib ki, bütün təkallahlı dinlərdə olduğu kimi xristianlıqda da eyni ilahi həqiqətlər öyrədilir.
Bizə mümkün görünməyən vəd Allah üçün mümkündür və mütləq baş tutur. Kilsə müəllimi İbrahim peyğəmbərin həyatını misal göstərərək deyib:
“İbrahim peyğəmbər qocaldığına görə nəslinin artacağına inamı qalmamışdı. Lakin Allah öz vədinə sadiq oldu və onun nəsli bütün dünyaya yayıldı”.
Pasterin mülahizəsinə görə, imanın böyüklüyü Rəbbin sədaqətinin sərhədinə qədər böyüyə bilər. Sərhəd isə hüdudsuzdur.
Alov kilsəsində ibadət hər bazar günü saat 11-də baş tutur. Burada xristianlığa məcburiyyət , təşviq yoxdur. İnsanların kilsə ətrafına yığılması təbii prosesdir.
Bakıdakı Alov kilsəsi 2009-cu ildən mövcuddur. 2013-cü ildə kilsələr birliyi kimi ölkə üzrə fəaliyyət göstərir. Bakıda ümümilikdə 12, Sumqayıtda 2 böyük kilsə cəmiyyəti yaradılıb. Bölgələrdə-Ucar, Salyan, Xaçmaz, Kürdəmir, Gədəbəy, Tovuz, Şəkidə nümayəndəlik var. Qarabağda açılış plandadır.
Cavid Zahidoğlu