May 16, 2025-8:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Paytaxt məktəblərində pedaqoji şura iclasları keçirilir

2025:01:09 - 14:55
in SOSİAL
A A

2024-2025-ci tədris ili üzrə I yarımilin yekunları və II yarımilə hazırlıqla əlaqədar paytaxtın ümumi təhsil müəssisələrində pedaqoji şuraların iclasları keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, iclasların keçirilməsində əsas məqsəd I yarımilə dair fəaliyyəti nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji şuraların toplantılarında məktəb direktorları, müavinlər və psixoloqların məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclaslarda 2024-2025-ci dərs ilinin prioritet fəaliyyət istiqamətləri, I yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdə sağlam, təhlükəsiz mühitin yaradılması, uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, monitorinqlərin nəticələri, dərsə davamiyyət, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması və qarşıda duran digər vəzifələr barədə müzakirələr aparılır, müvafiq qərarlar qəbul edilir, müəllimləri maraqlandıran suallar cavablandırılır.

Qeyd edək ki, şura iclasları pedaqoji kollektivin hər bir üzvünü təhsil müəssisələrinin idarə olunmasına cəlb etməklə, qarşıda duran aktual məsələlər barədə kollegial qərarların qəbul olunmasına imkan verir.

Əvvəlki Yazı

Sentyabrın 1-dən Ukraynada əsas birləşmiş silah hazırlığı kursu tətbiq olunacaq

Növbəti Yazı

Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.