İyun 15, 2025-22:35
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Paytaxt məktəblərində STEAM layihəsi 170 minə yaxın şagirdi əhatə edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 215 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.

Bu barədə Teleqraf-a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, layihə idarənin tabeliyindəki məktəblərdə 6 043 sinif üzrə 170 minə yaxın şagirdi əhatə edib.

Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.