ABŞ prezidenti Donald Trampın aqressiv ticarət tarifləri siyasəti 2026-cı il ara seçkiləri öncəsi seçiciləri Respublikaçılar Partiyasından uzaqlaşdıra bilər. Bu fikirləri ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens deyib.
“Mən həqiqətən inanıram ki, insanlar (ABŞ ) Tramp-Pens administrasiyasının siyasətinə qayıtmağımızı istəyirdilər. Ürəyimdə Amerika xalqının Amerika tarixində ən böyük vergi artımına səs verdiyini düşünmürəm və tariflər iri və kiçik biznes işçilərinin ailələri üçün çətinlik yaradacaq, o Hill qəzetinə müsahibəsində bildirib.
Keçmiş vitse-prezident həmçinin əmindir ki, bir sıra iqtisadi maneələrin 90 gün müddətinə dayandırılması Amerika müttəfiqlərini danışıqlar masasına oturmağa sövq edəcək.
Mayk Pens 2017-ci ildə Trampın ilk prezidentlik dövründə ABŞ-ın vitse-prezidenti olub. 2020-ci ilin noyabrında o, Trampla ikinci müddətə namizəd oldu, lakin onlar Demokratlar Joe Biden və Kamala Harrisə seçkiləri uduzdular. (Tass)