Pentaqon təsdiq edib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya əks batareya döyüşü zamanı Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirmək səlahiyyəti verib.
“Prezident bu yaxınlarda öz komandasına Ukraynanın Xarkov vilayətində əks-batareya müharibəsi üçün ABŞ-ın verdiyi silahlardan istifadə etməsini təmin etməyi tapşırıb ki, Ukrayna ona hücum edən və ya hücuma hazırlaşan Rusiya qüvvələrinə cavab verə bilsin”, – ABŞ müdafiə rəsmisi TASS-ın sorğusuna cavab verib. “Rusiya daxilində taktiki ballistik raketlərin ATACMS və ya uzaqmənzilli silahların istifadəsinə qadağa qoyulması ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, – o bildirib.
Daha əvvəl Politico-nun adı açıqlanmayan dörd şəxsə, o cümlədən iki ABŞ rəsmisinə istinadən xəbər verdiyi kimi , Bayden gizli şəkildə Ukrayna hakimiyyətinə ABŞ silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib. Söhbət Rusiyanın Xarkov vilayətinə qonşu olan bölgələrindən getdiyi iddia edilir. (Tass)