ABŞ-ın məqsədi Yaxın Şərqdəki böhranın genişlənməməsi və Qəzza zolağından kənara yayılmamasını təmin etməkdir. Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin mətbuat konfransında bildirib.
“Yaxın Şərqdə eskalasiya ilə bağlı bizim məqsədimiz Qəzzada bu böhranı cilovlamaq və onun regiondakı fəaliyyətlərə əhəmiyyətli dərəcədə təsir edən daha geniş və daha böyük bir münaqişəyə çevrilməsinin qarşısını almaqdır” deyib. (Tass)