Çin pilotsuz uçuş aparatlarının inkişafı və istehsalında üstünlük təşkil edir. Bu fikri ABŞ-ın Hind-Sakit Okean Komandanlığının (INDOPACOM) rəhbəri admiral Sem Paparo deyib.
Admiral ABŞ Konqresinin Nümayəndələr Palatasındakı dinləmələrdə deyib: “Çin dron sənayesində üstünlük təşkil edir. Paparonun sözlərinə görə, Çin hərbi ehtiyaclar da daxil olmaqla, istənilən sayda PUA istehsal etmək üçün kifayət qədər imkana malikdir.
Bununla bağlı admiral bildirib ki, ABŞ bu ölkənin pilotsuz təyyarələr əldə etmək məsələsində Çindən asılı olmaması üçün lazım olan hər şeyi etməlidir, çünki Vaşinqton Pekini cilovlamaq siyasəti yürütmək niyyətindədir. (Tass)