İsrailin Qəzza zolağında quru əməliyyatı yaxın 48-72 saat ərzində başlayacaq.
Bu barədə X sosial şəbəkəsindəki OSINTdefender hesabında Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumat verilib.
“ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi İsrailin Qəzza zolağına qurudan müdaxiləsinin yaxın 48-72 saat ərzində başlayacağına inandıqlarını deyib”.
Eyni resurs İsrail Müdafiə Qüvvələrinin hazırda Qəzza zolağının şərqindəki Kfar Qəzza, Bari və Sderot yaşayış məntəqələrində HƏMAS terrorçuları ilə mübarizə apardığını bildirən bəyanatı barədə məlumat verib. (Starna.ua)