Pentaqonun yeni rəhbəri Pete Hegseth Avropaya ilk səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketini elan etməyəcək. Bu barədə Associated Press məlumat yayıb.
Heqset fevralın 12-də NATO-nun Brüsseldəki qərargahına səfər edəcək. Agentliyin mənbəsinin sözlərinə görə, o, Kiyevə hər hansı yeni hərbi yardım elan etməyəcək və Ukrayna nümayəndələri ilə görüşməyi planlaşdırmır. Adını açıqlamayan ABŞ rəsmisi bildirib ki, müdafiə rəisi müttəfiqlərlə qarşıdakı görüşdə “daha çox dinləməyi” planlaşdırır.
Fevralın 12-də Brüsseldə Ramşteyn görüşü və Aİ ölkələri və Ukrayna xarici işlər nazirlərinin görüşü baş tutacaq. (Tass)