Peru hakimiyyəti respublikanın Venesueladakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Bu barədə Peru Xarici İşlər Nazirliyinin rəhbəri Xavyer Qonzales Olaeçe bildirib.
“Venesuela seçki sistemi nümayəndələrinin çox ciddi rəsmi açıqlamalarını nəzərə alaraq, Perunun Venesuela Bolivar Respublikasında akkreditə olunmuş səfirinin məsləhətləşmələr üçün dərhal geri çağırılması qərara alındı”, – departament rəhbəri X-dəki səhifəsində yazıb (keçmiş Twitter). Bundan əvvəl Peru hakimiyyəti Nikolas Maduronun Venesuelada keçirilən prezident seçkilərində qələbəsini tanımaqdan imtina edib. (Tass)