2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iyulun 20-25-i aralığında aparılacaq.“Report” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.O qeyd edib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.