2025/2026-cı tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, onlayn formada “portal.edu.az” elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçən 4751 namizəddən 2434 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahanda iştirak edən 1922 namizəd vakant yerlər uğrunda mübarizə aparır.