Vaşinqton Avropada dağıdıcı rol oynayır, gərginliyin “müğənnisi” olmaqla, Avropa ölkələrini hərbi xərcləri artırmağa məcbur edir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar “təhlükəsizlik baxımından Avropa qitəsində dağıdıcı rol oynayır”. “Gərginlik yaratmaq prosesində faktiki olaraq aparıcı müğənni Amerika Birləşmiş Ştatlarıdır”, – Peskov əlavə edib.
Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Birləşmiş Ştatlar “Avropa ölkələrinə təzyiq göstərir ki, avropalıları daha çox pul, onların ÜDM-nin böyük hissəsini hərbi məqsədlər üçün xərcləməyə məcbur etsinlər. Eyni zamanda, Vaşinqton “sonradan bütün bu vəziyyətdən iqtisadi dividendlər alır” deyib Peskov.