Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb arasında vəziyyət misilsizdir, onlar Rusiyanı sıxışdırmaq və ona strateji məğlubiyyət vermək üçün hər şeyə hazır olduqlarını nümayiş etdirirlər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
“Həqiqətən də, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb Rusiyanı sıxışdırmaq və ona strateji məğlubiyyət vermək üçün hər şeyə hazır olduqlarını nümayiş etdirir”, – Kreml sözçüsü bildirib. (Tass)