ABŞ-ın Ukrayna münaqişəsi ilə bağlı ritorikasının dəyişməsindən yalnız ölkənin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən və onun komandasının təyinatından sonra danışmaq mümkün olacaq. Bu fikri jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Valsın Ukraynanın Rusiya Federasiyasının nəzarəti altında olan əraziləri qaytara bilməyəcəyini etiraf edən açıqlamalarını şərh edərkən bildirib.
“Əlbəttə, biz bütün bu müsahibələri diqqətlə izləyirik, lakin bunun ritorikanın dəyişməsinə sübut olub-olmaması barədə yalnız bir həftədən sonra danışmaq mümkün olacaq (Tramp yanvarın 20-də andiçmə mərasimi keçiriləndə). Və ondan sonra rəsmi təyinatlar olacaq. Çünki hələlik biz ABŞ-ın seçilmiş prezidenti, onun gələcək komandası haqqında danışırıq”, – Kreml nümayəndəsi bildirib. (Tass)