ABŞ dövlət katibi Marko Rubionun dindarlığı ABŞ-ı Rusiya üçün ortaq dəyərlərə malik dost ölkəyə çevirmir. Bu mövqeyi jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təqdim edib.
Bundan əvvəl Rubio alnında Oruc ayının başlanğıcını simvolizə edən küllə çəkilmiş xaçla efirə çıxıb.
“Xeyr, ABŞ hazırda bizim üçün dost ölkə deyil. ABŞ hazırda ikitərəfli münasibətləri canlandırmağa və bərpa etməyə çalışdığımız ölkədir. İnsanın dininə gəldikdə isə, bu, hər kəsin haqqıdır”, – Peskov mətbuatın suallarını cavablandırarkən qeyd edib. (Tass)