ABŞ Moskva və Kiyev arasında birbaşa danışıqlar kontekstində çox vacib olan Ukrayna nizamlanmasında vasitəçilik səylərini davam etdirir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Dialoq davam edir, Birləşmiş Ştatlar Ukraynanın nizamlanmasına aparan yol axtarışında vasitəçilik səylərini davam etdirir. Bu səylər çox vacibdir. O cümlədən birbaşa Rusiya-Ukrayna danışıqlarının davam edən prosesi kontekstində. İş davam edir”, – Peskov Rusiya prezidenti Vladimir Putin və Amerika liderinin bu həftə xüsusi görüşünün mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.