Avropada nüvə silahlarının yayılması Avropa qitəsinə təhlükəsizlik, proqnozlaşdırıla bilənlik və sabitlik əlavə etməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Fransanın digər Avropa ölkələrində nüvə silahına malik təyyarələrinin yerləşdirilməsini müzakirə etməyə hazır olması barədə bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.
“Avropa qitəsində nüvə silahlarının yayılması Avropa qitəsinə təhlükəsizlik, proqnozlaşdırıla bilənlik və sabitlik əlavə etməyəcək bir şeydir”, – Peskov izah edib. “Hazırda bütün strateji sabitlik və təhlükəsizlik sistemi məlum səbəblərdən acınacaqlı vəziyyətdədir”. (Tass)