Almaniya Avropada isterik rusofobiyanın qızışdırılmasında çox fəal iştirak edir, Rusiyanın düşmən obrazı yaratmaq üçün hər şey edilir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Almaniya Avropa qitəsində bu cür isterik rusofobiyanın eskalasiyasında çox fəal iştirak edir. Almaniya burada da aparıcı rol oynamağa çalışır, ona görə də ölkəmizin düşmən imicini yaratmaq üçün hər şey edilir”, – Kreml sözçüsü bildirib. (Tass (