Ukraynada müəyyən “Rusiya cinayətləri” üzrə xüsusi tribunalın yaradılmasını müzakirə edən beynəlxalq ekspertlər və strukturlar bilərəkdən birtərəfli və qeyri-konstruktiv mövqe tuturlar. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Bundan əvvəl Avropa Komissiyası məlumat vermişdi ki, Avropa İttifaqı, Avropa Şurası və Ukrayna Ukraynada müəyyən “Rusiya cinayətləri” üzrə xüsusi tribunalın yaradılmasının hüquqi əsaslarını qoyublar. Bildirilir ki, “Tribunalı təcavüz cinayətinə görə ən böyük məsuliyyət daşıyan Rusiya siyasi və hərbi liderlərini mühakimə etmək səlahiyyəti olacaq”.
“Biz hesab edirik ki, bütün bu beynəlxalq strukturlar, bütün bu qondarma ekspertlər onlar bilərəkdən tamamilə birtərəfli, qeyri-konstruktiv mövqe tuturlar; onlar reallığa baxmağa hazır deyillər”, – Kreml nümayəndəsi bildirib. (Tass)