Avropa Kiyevi silahla təmin etməkdə davam edir və bununla da dolayısı ilə Rusiyaya qarşı müharibədə iştirak edir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz görürük ki, Avropa dolayısı ilə iştirak edir: silah tədarükü davam edir, bu, Rusiyaya qarşı müharibədə dolayı iştirakdır. Biz hamımız “Avropa kontingentinin” meydana çıxma ehtimalı ilə bağlı davam edən müzakirələrin şahidiyik”, – Kreml sözçüsü bildirib.
“Əlbəttə, avropalıların bu cür davranışı heç bir şəkildə sülh yolu ilə nizamlanmaya kömək etmir”, – Peskov qeyd edib. (Tass)