Azərbaycan Aktau yaxınlığında baş verən təyyarə qəzasından sonra Rusiyaya qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Bundan əvvəl mətbuatda AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Bakının beynəlxalq məhkəmələrə təqdim etmək üçün sənədlər hazırlaması barədə məlumat yayılıb.
“İstintaq hərəkətləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik”, – Peskov bildirib. (Tass)