ABŞ prezidenti Co Baydenin Rusiya ilə dialoqu sıfıra endirməsi onun siyasi uzaqgörənliyini göstərir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VGTRK-nın jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
“İstənilən qarşıdurma dialoqun mümkünlüyünü istisna etmir, lakin onların bütün dialoqu sıfıra endirəcəyini təsəvvür etmək çətin idi, buna görə də Vaşinqtonda siyasi uzaqgörənlik çatışmır”, – Kreml nümayəndəsi bildirib.