Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “1000-dən 1000-ə” məhbus mübadiləsi zəhmət tələb edən prosesdir, lakin hamı bunun mümkün qədər tez həyata keçirilməsində maraqlıdır.
“Bu, kifayət qədər zəhmət tələb edən məsələdir. Təbii ki, orada konkret adların dəyişdirilməsi ilə bağlı iş aparılır. Söhbət 1000-in 1000-ə dəyişdirilməsindən getdiyindən, təbii ki, bu, müəyyən vaxt tələb edir. Bu işlər davam edir. Amma bu, kifayət qədər sürətlə aparılır. Hamı maraqlıdır ki, bu, mümkün qədər tez görülsün”. (Tass)