Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olmasını təsdiqləməsi Ankaranın suveren qərarıdır və üstəlik, onun müttəfiqləri qarşısında öhdəlikləri var. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür” deyən Peskov xatırladıb: “Bu, tamamilə açıq bir faktdır, [Ankaranın] öz öhdəlikləri var, bu ittifaqla bağlı öz danışıqlar prosesi var”.
“Bu, Türkiyənin suveren qərarıdır”, – Kreml sözçüsü vurğulayıb. (Tass)