Kreml əmindir ki, Ukraynanın Bryansk və Kursk vilayətlərində dəmir yolunda törətdiyi terror aktları ilə bağlı qərarlar Vladimir Zelenski olmadan verilə bilməzdi. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bir gün əvvəl Rusiya lideri Vladimir Putin bu qərarların Ukrayna tərəfindən siyasi müstəvidə verildiyinə işarə vurmuşdu.
“Əlbəttə, ən yüksək siyasi səviyyə olmadan belə qərarların qəbulu mümkün deyil. Bu, göz qabağındadır”, – Peskov hansı səviyyədə müzakirə edildiyi və bu işdə Zelenskinin nəzərdə tutulub-tutulmaması sualına cavab verib. (Tass)