İstanbulda Rusiya-Ukrayna danışıqlarından sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı ilə bağlı hələlik heç bir razılaşma yoxdur, lakin lazım gələrsə, belə bir söhbət tez bir zamanda razılaşdırılacaq. Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Əgər bu söhbət lazımdırsa, o, kifayət qədər tez təşkil oluna bilər”, – Kreml nümayəndəsi qeyd edib. “Hələ heç bir razılaşma yoxdur”. (Tass)