Fransa prezidenti Emmanuel Makronun çıxışı son dərəcə ziddiyyətli idi və Parisin sülhdən çox müharibə haqqında düşündüyünü göstərdi. Bunu TASS-ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Çıxış son dərəcə qarşıdurma xarakteri daşıyır. Onu sülh haqqında düşünən dövlət başçısının çıxışı kimi qəbul etmək çətin ki. Daha doğrusu, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Fransa daha çox müharibə haqqında, müharibəni davam etdirmək haqqında düşünür”, – Kreml sözçüsü bildirib.