Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz video görüntüləri diqqətlə izlədik və bütün detallara diqqət etdik. Biz diplomatik kanallar vasitəsilə vətəndaşlarımızın qanuni mənafelərini qoruyacağıq və bunun üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, – Peskov Azərbaycanda saxlanılan 4 rusiyalının göyərmə və əziklərin əks olunduğu foto ilə bağlı sualı cavablandırarkən deyib.