Moskva ilə Bakı arasında münasibətlər möhkəm təmələ malikdir, lakin hazırda çətin dövrünü yaşayır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də möhkəm təməl var, iki ölkə arasında maraqların üst-üstə düşməsi var, qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var. Amma bəzən elə olur ki, iki ölkə arasında münasibətlərdə çətin dövrlər baş verir. İndi də belə dövrlərdən biridir”, – Kreml nümayəndəsi bildirib.
“Ümid edirik ki, bu müddət keçəcək” deyən Peskov “iki ölkə arasında əməkdaşlıq qarşılıqlı fayda gətirir” cavabını verib. (Tass)