Nəqliyyat rabitəsi və logistikanın inkişafı Rusiya, Ermənistan və Azərbaycan üçün vacibdir, Moskva bu işi davam etdirəcəyinə ümid edir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişaf etdirilməsi planları var. Bu, Azərbaycan, Ermənistan və Rusiya üçün son dərəcə vacibdir. Ümid edirik ki, bu iş davam etdiriləcək”, – o deyib. (Tass)