NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya silah tədarükünün üzv ölkələr üçün məcburi olması təklifi qəbul edilsə belə, heç nəyi dəyişməyəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib və qeyd edib ki, alyans artıq Kiyevi silahla təmin edir.
“Bu, çətin ki, nəyisə dəyişsin”, – Peskov qeyd edib ki, “NATO üzvü olan ölkələrdən təchizat artıq müntəzəm olaraq Ukraynaya gedir”.
Eyni zamanda, Kreml nümayəndəsi əlavə edib ki, Moskva bilir ki, “alyansda bəzi ölkələr var ki, Kiyevə məcburi yardımda iştirak etmək istəmədiklərini bəyan ediblər”. (Tass)