Vladimir Putin ekspertlər səviyyəsində belə bir görüş hazırladıqdan sonra Vladimir Zelenski ilə görüşməyə hazırdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov jurnalistlərlə söhbətində deyib: “Görüşlə bağlı bütün hazırlıq işləri hələ görülməyib. Və xatırlatmaq istərdim ki, prezident [Putin] özü ekspertlər səviyyəsində lazımi işlər görüləndən və lazımi məsafə qət edildikdən sonra belə bir görüşün keçiriləcəyini istisna etmir”. (Tass )