Rusiya prezidenti Vladimir Putinin bugünkü iş cədvəlinə Rusiya ilə xarici ölkələr arasında hərbi-texniki əməkdaşlıq komissiyasının (MTK) iclası daxildir. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə danışıb.
“Putin bu gün Kremldə işləyir. Günün ortasında o, hərbi-texniki əməkdaşlıq üzrə komissiyanın iclasını keçirəcək”, – Kremlin sözçüsü bildirib.
O qeyd edib ki, tədbirdə 2024-cü il üçün hərbi-texniki əməkdaşlığın nəticələrinə yekun vurulacaq və “hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və Rusiya silahlarının ixracı müzakirə olunacaq”.
Peskov həmçinin qeyd edib ki, gün ərzində prezidentin “ictimai xarakter daşımayan çoxsaylı işgüzar görüşləri” olacaq. (Tass)