Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edəcək. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Gün ərzində prezidentin Kremldə bir sıra işgüzar görüşləri planlaşdırılıb və onlar qapalı olacaq. [Həmçinin] prezident bu gün Moskvada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Fidanı qəbul edəcək. Digər görüşlər qapalıdır”, – Peskov bildirib.