Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla söhbətində həqiqətən də Moskvanın Kiyevin Rusiya aerodromlarına hücumuna cavab verəcəyini bildirib. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Həqiqətən belə bir bəyanatın olub-olmaması ilə bağlı suala o, “Bəli, doğrudan da” cavabını verib.
O, ABŞ liderinin söhbətdən sonra verdiyi açıqlamaları belə şərh edib. Trampın özünün sözlərinə görə, “Putin və çox qətiyyətlə dedi ki, o, aerodromlara edilən son hücuma cavab verməli olacaq”. (Tass)