Rusiya və Misir prezidentləri Vladimir Putin və Əbdülfəttah əs-Sisi bir gün əvvəl baş tutan telefon danışığında Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik imkanlarını müzakirə etməyiblər. Bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, bu müzakirə olunmayıb”, o, müvafiq suala cavab verib. (Tass)