Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Bunu brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualını cavablandırarkən deyib.
“Təşəbbüs Fransa tərəfdən olub” deyən o qeyd edib ki, Putin “dialoqa hazır olması barədə dəfələrlə danışıb”.
Bir gün əvvəl Rusiya və Fransa prezidentləri təxminən üç ildən sonra ilk dəfə telefonla danışıblar. Həm Kreml, həm də Yelisey Sarayı söhbəti mənalı adlandırıb.
İki ölkənin liderləri 2022-ci ilin sentyabr ayına qədər daimi təmasda idilər, lakin Makronun söhbətin məxfiliyini pozması səbəbindən bir sıra telefon danışıqları daha sonra kəsildi.