Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün şəxsi görüşün vaxtı və yeri müəyyən edilməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Tramp Putinlə görüşmək istədiyini bəyan edib. Belə danışıqların fundamental imkanları fevralda liderlər arasında telefon danışığı zamanı müzakirə olunub.
“Xeyr”, – Kreml sözçüsü bu cür danışıqların tarixi və yerinin müəyyən edilib-edilməməsi ilə bağlı suala cavab verib. (Tass)