Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin söhbəti gündəmdə deyil. Bunu TASS-ın sualını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Hazırda belə bir söhbət gündəmdə deyil, digər tərəfdən, ehtiyac olarsa, ən qısa zamanda baş tutacaq”, – deyə Peskov TASS-ın Rusiya prezidentinin Yekaterinburqda Azərbaycandan olan şəxslərin saxlanılması ilə bağlı Azərbaycan lideri ilə söhbətinin gündəmdə olub-olmaması ilə bağlı sualını cavablandırıb.