Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp xüsusi nümayəndələr vasitəsilə yaxşı məlumat mübadiləsi yaradıblar; belə təmaslar çox faydalı və effektivdir. Bunu jurnalistlərlə söhbətində Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Amerika liderinin xüsusi nümayəndəsi Stiven Vitkoffun cümə günü səfərinin yekunlarını şərh edərkən qeyd edib.
“Bu cür təmaslar son dərəcə faydalı və çox səmərəlidir. Onlar effektivdir, çünki bir-biri ilə məlumat ötürmək üçün çox populyar kanal faktiki olaraq yaradılıb. O kanal vasitəsilə dövlət başçısından dövlət başçısına müəyyən məsələlər üzrə mövqeyin müxtəlif elementləri çatdırıla bilər ki, bu da təbii ki, həmkarların məlumatı birinci əldən almasını təmin etməyə kömək edir”, – Kreml nümayəndəsi bildirib.