Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş məsələsi gündəmdə deyil. Bunu TASS-ın sualını cavablandıran Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, gündəmdə deyildi və bu məsələ [Putin və Tramp arasında görüş] gündəmdə deyil”, – deyə Peskov Trampın Putinlə danışmağa maraq göstərməməsi ilə bağlı son açıqlamalarını nəzərə alaraq, iki lider arasında mümkün görüş məsələsinin hələ də gündəmdə olub-olmaması ilə bağlı sualı cavablandırıb. (Tass)