Rusiya ABŞ-ın Hindistana qarşı təhdidlərini qeydə alır, lakin onları qanuni hesab etmir. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
ABŞ-ın Rusiya neftinin idxalını dayandırmaq tələbinə Hindistanın milli maraqlarını müdafiə edəcəyini bəyan edərək cavab verən Hindistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edən Peskov, “Əslində təhdid olan çoxlu bəyanatlar eşidirik. Ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdləri. Biz bu cür bəyanatları qanuni hesab etmirik” deyib.
Peskov qeyd edib ki, suveren ölkələr ticarət tərəfdaşlarını müstəqil seçməlidirlər. (Tass)