Moskva Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlıdır, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılmasına Azərbaycanın reaksiyası ilə bağlı TASS-ın sualını cavablandıran Kreml nümayəndəsi qeyd edib ki, bu hadisələr hüquq-mühafizə orqanlarının işi ilə bağlıdır və demarşlara səbəb olmamalıdır.
“Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”, – Peskov bildirib.
(Tass)